29 
iyl
2024
19:14
40

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hərbçimiz intihar etdi

29 iyl, 2024
19:14
440

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. 
Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, daxil olmuş məlumat əsasında  Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. 
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. 
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın