avq
2024
02:01
31

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Neftçalada bir ailə ağır qəzaya düşdü: Çox sayda yaralı var

2 avq, 2024
02:01
731

Neftçalada ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər xəsarət alıb.
Turkdunyasi.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Pirətəvan avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Mersedes-Benz" markalı iki avtomobil toqquşub, sonra onlardan biri digər minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində Neftçala rayon sakinləri; 1963-cü il təvəllüdlü Meyrənisə İdris qızı Qasımova, 2017-ci il təvəllüdlü Nuray Baloğlan qızı Qasımzadə, 1993-cü il təvəllüdlü Nisəxanım Mirtağı qızı Qasımova, 1988-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Qasımov, 1972-ci il təvəllüdlü Emin Həbib oğlu Mehdiyev və 1973-cü il təvəllüdlü Lazım Əli oğlu Zeynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın