avq
2024
02:04
33

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Abşeronda villa YANDI

2 avq, 2024
02:04
433

Abşeronda ikimərtəbəli ev yanıb.
Turkdunyasi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın