avq
2024
12:58
38

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 1 ölü, 18 yaralı

2 avq, 2024
12:58
838

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Turkdunyasi.az xəbər verir ki, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20-də Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə səkkiz təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb".

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili Yardım Şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.
Məlumata görə, hadisə Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində baş verib. Nəticədə ISUZU yoldan çıxaraq aşıb.

Bizimlə əlaqə saxlayın