avq
2024
15:02
26

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə yük avtomobili yanıb

6 avq, 2024
15:02
426

Kürdəmir rayonu, Çölərəb kəndi ərazisində yük avtomobilində yanğın baş verib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "DAF" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun dörd ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqu yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın