11 
avq
2024
23:38
58
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
"Zəhərlənənlər pomidor və yuxa yeyiblər"
11 avq, 2024
23:38
358
Gəncədə yas mərasimində baş vermiş zəhərlənmə hadisəsinin bəzi detalları məlum olub.
Zərərçəkən Eldəniz Cəfərov bildirib ki, hadisə şəxsi evdə, dostunun atasının yas mərasimində baş verib:
"Orada halva, çay-çörək yedik. Bir saat keçmədi ki, gözüm qaralmağa başladı, ürəyim bulandı. Daha sonra bizi xəstəxanaya gətirdilər".
Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri İradə Dəmirova bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti bozartma, pomidor və yuxadan istifadə ediblər:
"Zəhərlənmənin səbəbi məlum deyil. Hər vəziyyətdə xəstələr gətirilir, durumu ağır olanlar da var. Təcili göstəriş almışıq. İlkin tibbi yardımlar göstərilir. Ölüm hadisəsi qeydə alınmayıb".
Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb.