12 
avq
2024
11:00
31

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə ağır yol-qəzası Ölən və yaranalan var

12 avq, 2024
11:00
531

Yevlax-Zaqatala yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, Yevlax-Zaqatala yolunda oğullarının əsgər görüşündən qayıdan ailənin olduğu maşın TIR ilə toqquşub və hadisə nəticəsində iki nəfər həyatını itirib.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O, qeyd edib ki, hadisə avqustun 11-də saat 13 radələrində Yevlax-Zaqatala yolunun 17-ci kilometrliyində, Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində baş verib.
"Zaqatala rayon sakini, 1986-cı il təvəllüdlü Rəmin Camal oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı, 99-DO-514 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Həsən Ağahəsən oğlu Məmmədovun idarə etdiyi MAN markalı, 99-JG-023 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Hadisə nəticəsində Rəmin Abdullayev və sərnişini, bibisi 1983-cü il təvəllüdlü Vüsalə Salam qızı İsmayılova hadisə yerində dünyasını dəyişiblər. Sürücünün bibisi qızı 2004-cü il təvəllüdlü Fərqanə İsrafil qızı İsmayılova isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib. 

Bizimlə əlaqə saxlayın