14 
avq
2024
11:51
32

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək qətlə yetirildi

14 avq, 2024
11:51
532

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib. 
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqradın Novosaratovka kəndində qeydə alınıb. 
Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 
Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb. 
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın