16 
avq
2024
11:45
35

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Meşədə narkotik bitkilər əkənlər tutuldu - Foto

16 avq, 2024
11:45
435

Şəkidə polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar. 

Turkdunyasi.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların Daşüz kəndindəki meşədə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər. 

Fakla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın