21 
avq
2024
11:49
40

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sumqayıtda sərnişin avtobusu qəza törətdi: ölən var

21 avq, 2024
11:49
540

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Turkdunyasi.az Report-a istinadən verir ki, hadisə "Saray körpüsü" yaxınlığında qeydə alınıb.
1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayev idarə ediyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10 JR 983 nömrə nişanlı avtobusla 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevin idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20 EK 097 nömrə nişanlı avtomaşınla toqquşub.
Cavidan Mirzəyev qapalı kəllə beyin travması xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib və sonradan aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır

Bizimlə əlaqə saxlayın