25 
apr
2022
14:56
117

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO/VİDEO

25 apr, 2022
14:56
12117

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində 20-DD-212 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq xüsusi vasitələrlə tündləşdirilməsi də aşkar edilib. Sürücü Şəmil Kəsəmənli barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.



Bizimlə əlaqə saxlayın