25 
avq
2024
14:08
39

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT

25 avq, 2024
14:08
439

Siyəzəndə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.
O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.
Səfər Mustafazadə bu ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.
Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərində, Həzi Aslanov küçəsi, 2 ünvanında qeydə alınıb.
Qardaşı tərəfindən həyatdan məhrum edilən Şəbnəm "Siyəzən broyler" ASC-də mühasib köməkçisi işləyirdi.
Qətlin tam təfərrüatı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Bizimlə əlaqə saxlayın