27 
avq
2024
14:48
38

Tel:+99450 352 82 91
E-mail: [email protected]

64 yaşlı kişi əvvəlcə həmyerlisini, sonra özünü güllədi

27 avq, 2024
14:48
438

Avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Prokurorluqdan məlumat verilib. 
Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.  Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın