sen
2024
14:28
35

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Lerik rayon sakininin üstünə ağac aşdı

3 sen, 2024
14:28
335

Lerikdə bədbəxt hadisə baş verib.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, Lerik rayon Kaqo kənd sakini 1973-cü il təvəllüdlü İlham Mikayıl oğlu Əliyev səhər sübhdən odun yığmaq üçün meşəyə gedib.
Odun yığarkən iri gövdəli çürümüş ağac onun üstünə aşıb. İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Bizimlə əlaqə saxlayın