sen
2024
16:33
28

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdədə kişi kanalda batıb

5 sen, 2024
16:33
328

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupunun qüvvələri cəlb ediliblər.
Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədlinin axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın