sen
2024
21:51
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib

6 sen, 2024
21:51
567

Göyçayda bir ailənin 4 üzvü zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
Turkdunyasi.az Azərtac-a istinadən xəbər verir ki, rayonun Xəlitli kəndində yaşayan ailə üzvləri zəhərləndiklərini güman edərək rayon mərkəzi xəstəxanasına üz tutub.
Vətəndaşlara ilkin tibbi yardım göstərilib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub.
İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.
Onların hansı qida və məhsuldan zəhərləndikləri araşdırılır.

Bizimlə əlaqə saxlayın