sen
2024
04:55
23

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Salyanda ağır qəza: Ölən və çox sayda yaralanan var

7 sen, 2024
04:55
423

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində Neftçala rayon sakinləri - Kamran Əlihüseyn oğlu Həşimzadə, Dilbər Habil qızı Əliyeva, Mədinə Azər qızı Həşimzadə, Azər Atakişi oğlu Əliyev, Əli Kamran oğlu Həşimzadə, Əlihüseyn Kamal oğlu Həşimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır

Bizimlə əlaqə saxlayın