sen
2024
19:14
22

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallıda 13 yaşlı uşaq qəzada ölüb

7 sen, 2024
19:14
522

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, sentyabrın 7-də saat 2 radələrində Ali Mamedov idarə etdiyi VAZ-21074 avtomobili ilə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın