sen
2024
01:40
35

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağcabədi polisi əməliyyat keçirib FOTOLAR

8 sen, 2024
01:40
435

Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən 2 kiloqramdan artıq heroin aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Turkdunyasi.az-a verlən məlumata görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik 2 kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizimlə əlaqə saxlayın