12 
sen
2024
10:49
25

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Toyda qonağı ölümcül hala salan saxlanıldı

12 sen, 2024
10:49
425

Göygöl rayonunda toyda düşən davaya görə cinayət işi başlanılıb.
Turkdunyasi.az xəbər verir ki, hadisə sentyabrın 11-nə keçən gecə Balçılı kəndində qeydə alınıb.
“Sərin” şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev döyülüb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
İlkin məlumata görə, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bizimlə əlaqə saxlayın