18 
sen
2024
09:13
57

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Toyda döyülən kişi - Xəstəxanada öldü

18 sen, 2024
09:13
457

Göygöldə toyda döyülən kişi ölüb.
Turkdunyasi.az xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.
Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.

Bizimlə əlaqə saxlayın