okt
2024
12:45
80

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub

2 okt, 2024
12:45
380

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib.
APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb.
Avtobus sürücüsü Elnur İsrafil oğlu Bayramov yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Qorxmaz Zəki oğlu Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Elnur Bayramov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın