19 
okt
2024
17:43

63

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Evindən narkotik və silah tapıldı - Foto

19 okt, 2024
17:43
763
İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Turkdunyasi.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 54 yaşlı İxtiyar Mehdiyevin yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.
İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.