20 
okt
2024
23:30

72
yuxarı
Ata oğlunu güllələdi

20 okt, 2024
23:30
372
Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.
Turkdunyasi.az Reporta istinadən xəbər verir ki, məlumata görə, hadisə Sığaloni kəndində qeydə alınıb.
Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.
T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.
Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.
Faktla bağlı araşdırma aparılır.