26 
apr
2022
22:19
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Özünü DİN-in qarşısında yandıran şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

26 apr, 2022
22:19
770

Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında özünü yandıraraq intihara cəhd edən şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən vətəndaş II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.
Xatırladaq ki, bu gün DİN-in binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.
“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.
17:36
Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında intihara cəhd olub.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı orta yaşlı kişi özünü yandırmağa çalışıb.
Ərazidə olan polis əməkdaşları yanğını söndürüb və o, xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb:
“Həmin şəxs də buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib. Baş verən hadisə qurumun fəaliyyəti ilə əlaqədar deyil”.

Bizimlə əlaqə saxlayın