noy
2024
11:01
75

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şəkidə əməliyyat: maskalı şəxslər saxlanıldı

5 noy, 2024
11:01
775

Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub.
Turkdunyasi.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar - Sadiq Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.
Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın