noy
2024
15:11
66

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Azərbaycanda avtobus AŞDI: Ölənlər var

5 noy, 2024
15:11
766

Mingəçevirdə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Turkdunyasi.az Publika.az-a istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölənlər və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.

“Mercedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbiyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan ‘Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.

Bizimlə əlaqə saxlayın