27 
apr
2022
10:13
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Maşından düşüb yolda dayanan şəxslər faciəvi şəkildə öldülər

27 apr, 2022
10:13
9113

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə iki piyadanı vurub. Nəticədə piyadalar - 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov - aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmışlar. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın