dek
2024
01:51
26

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda vəzifəli şəxsin meyiti asılı vəziyyətdə tapılıbmış - DETALLAR

7 dek, 2024
01:51
726

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.
Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının girişində aşkarlanıb.
Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
APA-nın məlumatına görə, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın