dek
2024
14:10
10

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu maddə ilə ittiham edilirlər

7 dek, 2024
14:10
610

Xəbər verdiyimiz kimi, “Meydan TV” ilə əməkdaşlıq edən bir neçə jurnalist saxlanılıb.
Dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanıldığı barədə məlumat yaymışdı.
Digər jurnalistlərlə bağlı isə hələ ki rəsmi açıqlama yoxdur.
Turkdunyasi.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudovanın vəkilləri bildiriblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Onların hər biri 48 saat müddətə şöbhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.

Bizimlə əlaqə saxlayın