10 
dek
2024
12:22
31
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Goranboyda avtomobil atı vurub kanala düşüb
10 dek, 2024
12:22
431
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. 22 yaşlı Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub. Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası sürücüyə tibbi yardım göstərib.
Faktla bağlı araşdırma aparılır.