14 
dek
2024
10:40
55

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Zaqatalada güclü külək yaşayış binasının dam örtüyünü uçurdu

14 dek, 2024
10:40
355

Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, ötən gün günorta saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində fasilələrlə güclü küləkli hava şəraiti müşahidə olunur.
Külək gecə saatlarında bölgənin Zaqatala rayonunda daha çox müşahidə olunub.
Nəticədə şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünü güclü külək uçurub, bir sıra ərazilərdə elektrik naqillərinin qırılmasına səbəb olub.
Hazırda şəhərin bir hissəsində, Yuxarı Tala, Aşağı Tala, Göyəm və bir neçə yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Səhər saatlarında aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün ərazidə işlər aparır.

Bizimlə əlaqə saxlayın