16 
dek
2024
11:46
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü

16 dek, 2024
11:46
438

Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli xəsarətdən müalicə aldığı xəstəxanada ölüb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.


Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi məlum olub.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın