yan
2025
16:40
20

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şirvanda 28 yaşlı gənc bıçaqlanıb

1 yan, 2025
16:40
620

Şirvan sakini bıçaqlanıb.
Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şirvan sakini, 1997-ci il təvəllüdlü Nəsrəddin Rüstəm oğlu Abışov tanışı Qəmbər Salayev tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsinin və qoltuq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Q.Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N.Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Q.Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın