yan
2025
14:26
44

Tel:+99450 352 82 91
E-mail: [email protected]

41 Qazaxda narkokuryerlik edən şəxslər saxlanılıblar

5 yan, 2025
14:26
644

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyevi saxlayıb.
Turkdunyasi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərindən 2 kiloqram marixuana aşkarlanıb.
Eyni zamanda, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb. Onun üzərindən də 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın