5 
yan
2025
14:36
42
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Aktyor Azər Baxşəliyev dəfn edildi
5 yan, 2025
14:36
742
Vəfat etmiş aktyor Azər Baxşəliyevin nəşi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.
Turkdunyasi.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailəsi, yaxınları, eləcə də sənət dostları iştirak edib.
Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.