yan
2025
13:02
34

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qəbələ rayon sakinləri qanunsuz olaraq saxladıqları silahları polisə təhvil veriblər

9 yan, 2025
13:02
634

Polis əməkdaşlarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Turkdunyasi.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, "Kalaşnikov" markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın