10 
yan
2025
14:38
31
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi
10 yan, 2025
14:38
1431
Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Turkdunyasi.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə hakimi, 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.