14 
yan
2025
18:27

44
yuxarı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib saxlanılan var.

14 yan, 2025
18:27
644
Turkdunyasi.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.
Ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.