15 
yan
2025
11:13
27
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Mağazadan oğurluq edən şəxslər saxlanılıblar
15 yan, 2025
11:13
1227
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48 615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.