16 
yan
2025
14:23
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü

16 yan, 2025
14:23
446

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

Turkdunyasi.az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Ş.Mustafayevə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
Ş.Mustafayev barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bizimlə əlaqə saxlayın