18 
yan
2025
19:07

17
yuxarı
İmişlidəki qəzada ölən uşaqlar polisin qardaşı övladlarıdır

18 yan, 2025
19:07
517
İmişli rayonu ərazisində avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq həlak olub.
Turkdunys.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
***
İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır.
Unikal.az-ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir.