18 
yan
2025
22:47

31
yuxarı
Hökumənin atasının pulunu oğurlayan şəxs saxlanıldı - Foto

18 yan, 2025
22:47
831
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə (Əliyev) məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
DİN-in Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.