22 
yan
2025
20:34
10

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tələbə qızlar qidadan zəhərlənməyib - Rəsmi

22 yan, 2025
20:34
410

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Bizimlə əlaqə saxlayın