25 
yan
2025
22:48
9

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Salyanda yük maşınının çəni partladı: Xəsarət alanlar var

25 yan, 2025
22:48
89

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.
Turkdunyasi.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
İlkin məlumata görə, yük maşınında qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan maşının çəni partlayıb.
Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Paşa Cabbar oğlu Əliyev və onun oğlu 2009-cu il təvəllüdlü Qismət Paşa oğlu Əlizadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.












Bizimlə əlaqə saxlayın