1 
fev
2025
15:50

46
yuxarı
Polis əməliyyat tədbiri keçirdi: Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildi

1 fev, 2025
15:50
846
Polis əməliyyat tədbiri keçirdi: Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildi
Turkdunyasi.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



