fev
2025
14:31
31

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Oğlu üçün qız qaçıran ata və qohumları HƏBS EDİLDİLƏR

4 fev, 2025
14:31
731

İmişli rayonunda gənc qızın naməlum şəxslər tərəfindən oğurlanmasının yeni detalları məlum olub.
Turkdunyasi.az xəbər verir ki, İmişli rayon Boşçalılar kənd sakini olan gənc qız evlənmək məqsədilə qaçırılıb.
Elçilik zamanı yox cavabı alan Füzuli rayon sakini Vasif Məmmədov onu qaçırmaq qərarına gəlib. Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.
Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu "Mercedes-Benz" markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.
Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə iş başlanılıb.

Bizimlə əlaqə saxlayın