fev
2025
15:47
50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İşə düzəltmək adı ilə vətəndaşları aldatdı, həbs olundu

5 fev, 2025
15:47
1250

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.
O, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın