27 
apr
2022
21:20
134

Tel:+99450 352 82 91
E-mail: [email protected]

DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

27 apr, 2022
21:20
9134

Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı DİN açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.
19:19
Bərdədə zibillik ərazisindən halsız vəziyyətdə qadın tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, qadın hələlik adı məlum olmayan şəxslər tərəfindən zibilliyə atılıb.
İlkin məlumata əsasən, onu əraziyə atmamışdan əvvəl narkotik vasitə qəbul etdiriblər. Daha sonra ataraq gediblər. Qadın xəstəxanaya yerləşdirlib.
Hadisənin hansı zəmində baş verməsi araşdırılır.



Bizimlə əlaqə saxlayın