13 
fev
2025
19:06
38

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi

13 fev, 2025
19:06
838

Ağcabədidə saxlanılan şəxsdən polis 10 kiloqram narkotik vasitələr aşkarladı.
Turkdunyasi.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.
Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizimlə əlaqə saxlayın